AFFA Reynaldonun milliləşdiriləcəyini təsdiqlədi – Rəsmi açıqlama
Bizi izləyin

İdman

AFFA Reynaldonun milliləşdiriləcəyini təsdiqlədi – Rəsmi açıqlama

AFFA Reynaldonun milliləşdiriləcəyini təsdiqlədi – Rəsmi açıqlama

Milliləşdirilməsi gündəmə gələn “Qarabağ”ın braziliyalı legioneri Reynaldo AFFA-ya dəvət olunub.

AFFA-nın baş katibi Elxan Məmmədovla Reynaldo arasında görüş keçirilib. Görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib.

Görüşlə bağlı Publika.az-a məlumat verən AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu bildirdi ki, Reynaldo ilə onun milli komandaya cəlb olunması ilə bağlı müzakirələr aparılıb:

“AFFA-nın inzibati binasında Elxan Məmmədov, Qurban Qurbanov və Reynaldo görüş keçirib. Reynaldonun milliləşdirilməsi barəsində müzakirələr aparılır. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm