• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Topaz"ın müdhiş fırıldağı-157 min manat vətəndaşın əlindən necə alınıb?

  • İdman
  • 4 Fevral 2014 14:03
  • 10 889 Baxış
“Topaz"ın müdhiş fırıldağı-157 min manat vətəndaşın əlindən necə alınıb?

Azərbaycanda futbol qumarı «Topaz»ın himayəsinə keçəndən bəri bu şirkətlə bağlı söz-söhbət səngimək bilmir. “Topaz”ın qumar bazarını monopoliyaya aldıqdan sonra bukmeker həvəskarlarına seçim imkanı verməməsi mətbuatda dəfələrlə qabardılıb.

Ancaq “Topaz” monopolist düşüncə tərzini aradan qaldırmaq əvəzinə, proqnozsevərlərin hüquqlarını daha çox pozmağa meyl edir.

Artıq Azərbaycanda futbol qumarı eyforiyası yavaş-yavaş səngiyir. Proqnozsevərlər «Topaz»ın onları soyub-taladığını anladıqca, şirkətin məntəqələrinin qapılarını açmırlar. İndi insanlar ya «qara bazar»a üz tuturlar, ya da internet vasitəsiylə xarici bukmeker kontorları ilə əməkdaşlıq edirlər. Publika.az xəbər veriri ki, “Topaz”ın daha bir fırıldağı ilə bağlı mətbuatda məlumat yayılıb.

“Komanda” qəzetində “Topaz”ın müdhiş fırıldağı ilə bağlı dərc olunmuş yazını olduğu kimi təqdim edirik:

“Bu yaxınlarda Sumqayıt şəhərində proqnozsevər kiçik məbləğlə “Topaz”da 157 min manat uduş qazanıb. Ancaq həmin şəxs pul udmağın sevincini çox yaşaya bilməyib. Məlumatda bildirilir ki, vətəndaşı polis əməkdaşları sorğu-suala tutublar. Ondan tələb ediblər ki, proqnoz verdiyi oyunların nəticələrini hardan bildiyini açıqlasın. Polis əməkdaşları pul udan vətəndaşı oyun alqı-satqısında ittiham ediblər. Psixoloji təzyiqlərə məruz qalan vətəndaş sonda uduşdan imtina etdiyini bildirib.

Məlumat verən mənbə bildirir ki, əslində, həmin polis əməkdaşları bu qanunsuzluğu “Topaz” məntəqələriylə birgə həyata keçirirlər.

“Topaz”ın məntəqə sahibləri böyük məbləğdə uduş əldə edən şəxsin kimliyini və ünvanını onlara “işləyən” polis əməkdaşlarına ötürürlər. Qanunsuz əməllə məşğul olan polis əməkdaşları da həmin şəxsi söhbətə çağırırlar. Beləcə, ona psixoloji təzyiqlər edilir. Nəticədə vətəndaş uduşdan imtina edir. Təbii ki, “Topaz” belə əməliyyatlardan sonra polislərə də görüm-baxım edir.

Sumqayıtda baş vermiş bu olayla bağlı artıq bütün şəhərdə məlumatlıdılar. “Komanda” qəzeti həmin şəxsin aşkarlanması üçün müəyyən cəhdlər etdi. Ancaq pulu əlindən alınan həmin adam danışmaq istəmədi. Görünür, həmin şəxs hələ də psixoloji basqının təsiri altındadı. Bütün hallarda, məsələni gündəmdə saxlayacağıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR