• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İkiarvadlı məşqçi: “Məni “maqazin materialı” etdiniz”

  • İdman
  • 8 Sentyabr 2014 18:23
  • 683 Baxış
İkiarvadlı məşqçi: “Məni “maqazin materialı” etdiniz”

Türkiyənin qalmaqallı məşqçisi Yılmaz Vural "Fənərbaxça"nın keçmiş baş məşqçisi Ersun Yanala kinayəli mesaj göndərib.

Yaşıl meydanlarda göstərdiyi şou hərəkətlərlə hər kəsi təəccübləndirən Yılmaz Vural şəxsi həyatı ilə də həmişə diqqət mərkəzində olub.

Publika.az xəbər verir ki, tez-tez kameraların obyektivlərinə həyat yoldaşı (qeyri rəsmi) Seda xanımla birlikdə poz verən Vural bu dəfə jurnalistlərə qarşı “qırmızı kart”lıq hərəkət edib. Şəkilinin çəkildiyini gördükdə gülərək müxbirlərin üzərinə gedən Vural onları təhqir edib:

“Çəkməyin. Məni də Ersun Yanal kimi “maqazin” materialı etdiniz" deyərək söyüş söyməyə başlayıb.

Vural söyüşlərinə davam edərkən müxbirlər ona “Yay boyunca çəkdik, çox xoşbəxt idiniz, indi nə oldu ki, hirsləndiniz” sualını verib. Sualı cavablandırmayan Vural jurnalistləri söyməyə davam edib.

Türkiyə mətbuatının iddiasına görə, Yılmaz Vural bu yay ərzində sevgilisi Seda Şahinlə Türkiyənin Çeşmə vilayətində, rəsmi nikahlı həyat yoldaşı İsmət Xanımla da Bodrumda tətil edib.

Qeyd edək ki, Yılmaz Vural şəxsi həyatı ilə bağlı açıqlamasında belə demişdi:

“İki həyat yoldaşım var. Biri Almaniyada, digəri İstanbulda yaşayır. Çox yaxşı qadındırlar. Onlara qıya bilmədim, ikisindən də vaz keçə bilmədim. İkisini də çox sevirəm. Bir-birlərini heç qısqanmazlar. Yaxşı dolanarlar. Birlikdə çox gözəl yaşayırıq”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR