İspaniya Makedoniyaya divan tutdu – VİDEO
Bizi izləyin

İdman

İspaniya Makedoniyaya divan tutdu – VİDEO

İspaniya Makedoniyaya divan tutdu – VİDEO

Futbol üzrə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, ötən gecə C, E və G qruplarında bütövlükdə 9 görüş baş tutub.

C qrupunda Lüksemburqla Belarus meydandan hərəyə 1 xalla ayrılmalı olub. İspaniya ev oyununda Makedoniyaya divan tutub. Ukrayna isə doğma meydanda Slovakiyaya uduzub.

E qrupunda Estoniya Sloveniyanı məğlub yola salıb. San Marino evdə Litvaya, İsveçrə İngiltərəyə 2 cavabsız qolla uduzub.

G qrupunda Rusiya Lixtenşteyni 4 cavabsız qolla üstələyib. Avstriya - İsveç matçında qalib müəyyənləşməyib. Monteneqro isə Moldovanı məğlub yola salıb.

AÇ-2016-nın seçmə mərhələsi

Qrup mərhələsi

8 sentyabr

C qrupu

Lüksemburq - Belarus - 1:1

Qollar: Gerson, 42 - Draqun, 78.

İspaniya - Makedoniya - 5:1

Qollar: S.Ramos, 15-pen, Alkaser, 17, Buskets, 45, D.Silva, 50, Pedro, 90 - İbraimi, 28.

Ukrayna - Slovakiya - 0:1

Qol: Mak, 18.

E qrupu

Estoniya - Sloveniya - 1:0

Qol: Purye, 86.

San Marino - Litva - 0:2

Qollar: Matuleviçyus, 5, Novikovas, 36.

İsveçrə - İngiltərə - 0:2

Qollar: Uelbek, 9; 90.

G qrupu

Rusiya - Lixtenşteyn - 4:0

Qollar: Büşel, 4-öz qapısına, Burqmayer, 50-öz qapısına, Kombarov, 54-pen, Dzyuba, 65.

Avstriya - İsveç - 1:1

Qollar: Alaba, 7-pen - E.Zengin, 12.

Monteneqro - Moldova - 2:0

Qollar: Vuçiniç, 45, Tomaşeviç, 73.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm