Prezident onu “yalançı” adlandırdı
Bizi izləyin

İdman

Prezident onu “yalançı” adlandırdı

Prezident onu “yalançı” adlandırdı

"Roma" klubunun prezidenti Ceyms Pallotta Benatianın transferi ilə bağlı olay yaradacaq fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Palotta Benatianı yalançılıqda ittiham edib:

“Mehdi Benatia son aylardakı yalanlarına davam edir. O, mənə komandada xoşbəxt olduğunu bildirdi. Benatianı "Roma"da saxlamaq istədim. Amma sonra bu mövzuda həm komanda yoldaşları, həm də Rudi Qarsiaya yalan dedi.

Sabatini ilə danışdım. Benatianın komandanı zəhərlədiyini söylədi. Rudi və Valter (Sabatini) ilə görüşüdükdən sonra futbolçunun göndərilməsinə qərar verdim. Bu transferin pulla əlaqəsi yoxdur. Bu, soyunub-geyinmə otağındakı kəslərlə bağlıdır. Komandanın maliyyə vəziyyəti çox yaxşıdır”.

Qeyd edək ki, Benatia müsahibələrinin birində "Roma"da qalmaq istədiyini demişdi. Ancaq o, klubda maliyyə vəziyyətinin pisləşdiyinə görə "Bavariya"ya transfer edildiyini qeyd edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm