Avropalılar Azərbaycan çimərliklərində
Bizi izləyin

İdman

Avropalılar Azərbaycan çimərliklərində

Avropalılar Azərbaycan çimərliklərində

Sentyabrın 10-da Çimərlik Voleybolu üzrə Avropa Çempionatına (Bakı Masters) start veriləcək.

Publika.az-ın Azərbaycan voleybol Federasiyasından aldığı məlumata görə, yarışda 20-dən çox ölkə iştirak edəcək. Pirşağıda yerləşən “Həyat Çimərlik və Voleybol Mərkəzi”ndə keçiriləcək yarışda Azərbaycan, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Yunanıstan, Finlandiya və digər ölkələrin idmançıları birincilik üçün mübarizə aparacaqdır.

Qeyd edək yarışın qalibləri üçün mükafat fondu açıqlanıb - I yer 6000, II - 4000, III - 3000 avro. Pul mükafatı ilə birgə qaliblərə kubok və medallar da təqdim olunacaq. Məlumatda bildirilir ki, bu cür böyük yarışın Bakıda keçirilməsində əsas məqsədi “2015 Avropa Oyunlarına” hazırlaşmaqdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm