• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Alt paltarında şəkil çəkdirən adam lazımdır”

  • İdman
  • 9 Sentyabr 2014 12:16
  • 542 Baxış
“Alt paltarında şəkil çəkdirən adam lazımdır”

Rusiyanın məşhur futbol teleşərhçisi Vasili Utkin “Real”ın transfer siyasəti haqqında danışıb.

Publika.az xəbər verir ki, Utkin Di Marianın Madrid klubunu tərk etməsinə münasibət bildirərkən, “Real”ın siyasətini ifşa edib:

“Anhel di Mariya dahi futbolçudur. Onun Ronaldo ilə yalnız bir fərqi var. Ronaldo alt paltarında şəkil çəkdirir, Di Maria isə bunu etmir. Bu, onlar arasındakı yeganə fərqdir. Başqa heç nə. Sadəcə, o, gözəgəlimli deyil.

Xames Rodrigesin “Real”a gəlişindən 10 gün sonra nə baş verdi? Rodriges alt paltarında fotosessiya çəkdirdi. Bunda pis heç nə yoxdur. Ancaq faktdır, “Real”a təkcə yaxşı futbolçu yox, həm də alt paltarında şəkil çəkdirən adam lazımdır”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR