Onu “eşqbazlıq”da ittiham edən qəzeti məhkəməyə verdi
Bizi izləyin

İdman

Onu “eşqbazlıq”da ittiham edən qəzeti məhkəməyə verdi

Onu “eşqbazlıq”da ittiham edən qəzeti məhkəməyə verdi

“Bavariya”nın yeni transferi Xabi Alonso İspaniyanın məşhur mətbuat orqanlarından olan "El Mundo"nu məhkəməyə verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Qəzet yarımmüdafiəçinin "Real"dan ispan müğənni Lurdes Ernandeslə olan münasibəti səbəbindən ayrıldığını yazmışdı.

Xəbərdə iddia edilirdi ki, Alonsonun həyat yoldaşı onun qarşısına 2 seçim qoyub: “Madridi tərk etmək və ya boşanmaq”.

Xabi məsələyə sərt reaksiya verib. O, açıqlamasında qəzeti məhkəməyə verəcəyini etiraf edib:

" Xəbəri yayan şəxsi və qəzeti məhkəməyə verəcəm".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm