İdmançılarımız böyük uğurla qayıtdılar
Bizi izləyin

İdman

İdmançılarımız böyük uğurla qayıtdılar

Paralimpiyaçı cüdoçularımız böyük uğur qazanıblar.

Publika.az xəbər verir ki, AMPK-nin cüdo üzrə milli komandasının idmançıları ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər. Millimiz 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək XV yay Paralimpiya oyunlarına iki lisenziya qazanıb.

Paralimpiyaçılarımız vətənə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarmızı AMPK-nın vitse-prezidenti Şaiq Həmidov, AMPK-nın üzvləri və çoxsaylı idmançıları qarşılayıb.

81 kq çəkidə çıxış edən paralimpiyaçı cüdoçumuz Rövşən Səfərov bürünc medal qazanıb.

73 kq çəkidə çıxış edən Ramin Qasımov qızıl, 66 kq çəkidə Bayram Mustafayev qızıl və qadınlar arasında 57 kq çəkidə isə Səbinə Abdullayeva gümüş medala sahib olublar.

2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV yay paraolimpiya oyunlarında iştirak üçün paralimpiyaçı cüdoçularımız Ramin Qasımov və Bayram Mustafayev birbaşa lisenziya qazanıblar.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm