AFFA azarkeşlərlə bağlı qadağanı ləğv etmədi
Bizi izləyin

İdman

AFFA azarkeşlərlə bağlı qadağanı ləğv etmədi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda 2014/2015 mövsümündə keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq, eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş vermə ehtimalını nəzərə alaraq, bu mövsüm də İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul edilmiş qərarları qüvvədə saxlanılıb.

Beləliklə, “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Premyer Liqası və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm