Syomin: “Qəbələdə özümü çox rahat hiss edirəm”
Bizi izləyin

İdman

Syomin: “Qəbələdə özümü çox rahat hiss edirəm”

Syomin: “Qəbələdə özümü çox rahat hiss edirəm”

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Publika.az müsahibəni təqdim edir:

- Yuri Pavloviç, ilk növbədə Marat İzmaylovun “Qəbələ”də taleyi haqda bilmək istərdik. O, artıq iş yerindədi və yaxın vaxtlarda meydana çıxacaq. İzmaylov komandada hansı rolu oynayacaq?

- O, digər futbolçuların oynadığı rolu oynayacaq. İzmaylov ilk növbədə yaxşı oynamalıdı. Qısaca: dəqiq ötürmələr verməli və öz bombardirlik keyfiyyətlərini burada təkrarlamalıdı.

- O, “Portu” həyatını necə şərh edib?

- Bu barədə onun özü ilə danışmaq yaxşı olardı. Ancaq mən düşünürəm ki, Marat “Portu” kimi bir klubda oynadığına görə şaddı və ümid edir ki, icarə müddəti başa çatdıqda sonra yenidən Portuqaliyaya qayıdacaq.

- Siz “Qəbələ”nin baş məşqçisi vəzifəsinə dərhal razılıq verdiniz?

- Bu, mənim işimin bir hissəsidi. Rusiyadan bura köçməyi normal qəbul etdim. Burada tamamilə işə qarışmışam. Komandanın rəhbərləri ilə bərabər qərarlar verir, lazım gələndə ümumkomanda vəziyyətlərində iştirak edirəm. Bütün bu amillərin ahəngi komandanın artımına rəvac verir. Mən Qəbələdə özümü çox rahat hiss edirəm.

- Oyunçuların mentalitet fərqi hiss edilir?

- Digər komandalarda olduğu kimi, burada da yerli və xarici futbolçular çoxdu. Hər oyunçunun öz şəxsi incəlikləri var. İşin gedişi üçün bunları nəzərə almaq lazımdı. Hamı yaxşı nəticə istəyir və bunun üçün oyunçularda gözəl əhvalı təmin etmək lazımdı. Buna görə də hər kəsə fərdi yanaşmanı arayıb tapmaq lazımdı.

Mənim borcum, bütün oyunçularla etibarlı münasibət qurmaqdı. İş başında və həyatda münasibətlərin həddinə gəlincə isə bu, başqa məsələdi. Meydanda sərt intizam və tapşırıqların icrası vacibdi. Həyatda isə necə istəsən ünsiyyət qurmaq olar. Mənim üçün həyatda kimin necə ünsiyyət qurması həmişə eyni olub. Bütün komandalarda bütün oyunçularla dost münasibətim olub.

- Bu mövsümdə “Qəbələ”nin minimum proqramı nədən ibarətdi?

- Tapşırığı klub rəhbərliyi qoyub: avrokuboklara düşmək. Çalışırıq və hələlik bu tapşırığın öhdəsindən gəlirik.

- Bir məsələ anlaşılmaz qalır: yumşaq desək, Rusiya klublarının rəhbərlərinin sizə qəribə münasibətini nə ilə izah etmək olar? Sizi “Dinamo” (Kiyev) və “Qəbələ”yə dəvət edirlər. Rusiyada isə sizə etibar edəcək klub tapılmır.

- Kiyev “Dinamo”su mənim ən yaxşı iş dövrümdən biri olub. Orada işləmək rahat idi. Klubun bütün əməkdaşları ilə etibarlı münasibətim vardı. Çoxlu maraqlı oyunlar keçirmişəm. Futbolçularla hər şey gözəl idi: məsuliyyəti bölüşür və işləyirdik... Gedişimdən sonra da rəhbərliklə normal münasibətlər qalıb. Kifayət qədər yaxşı dövr idi. Deməzdim ki az vaxtdı, dörd il... Rusiya klublarını isə mühakimə etmirəm. Vaxt ötəcək və hər şey aydın olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm