Tuyqun Nadirov Kamran Ağayevi biabır elədi
Bizi izləyin

İdman

Tuyqun Nadirov Kamran Ağayevi biabır elədi

Tuyqun Nadirov Kamran Ağayevi biabır elədi

Kamran Ağayev xeyli müddətdir “Xəzər Lənkəran”dan ayrılsa da, komandanın vitse-prezidenti Tuyqun Nadirovla hələ də “soyuq” müharibə aparır.

Publika.az xəbər verir ki, bu məsələ ilə bağlı “Futbol saatı” verilişində danışan Tuyqun Nadirov Kamran Ağayev haqqında aşağılayıcı ifadələr işlədib: “Kamran məni harda görür, özü qaçır görüşür, sonra da deyir ki, guya mən onunla görüşmüşəm.

“Xəzər Lənkəran”dan qabaq Kamranı heç kim tanımırdı və tanıya da bilməzdi. Necə ki, bir çox futbolçunu “Xəzər Lənkəran” gündəmə gətirib, tanıdıb. Həm də maddi baxımdan yaxşı qazanıblar.

Təbii ki, Kamran da “Xəzər Lənkəran”ın uğurlarına töhfə verib. İndi cavandı da da danışır özü üçün. Hər halda “Bakı”dan qovulması da az şeydən xəbər vermir. Orda da Tuyqn Nadirov yox idi ki. Bilirsiniz necədi, insanın səhvi olanda ilk növbədə onu özündə görməlidir, başqasında axtarmamlıdır. Klubumun marağını güdməyə qalsa, onu 6 ay yox 2 il futbolsuz qoyardım.Bunu açıq deyirəm.

“Xəzər Lənkəran”da heç nə klubun marağından üstün tutula bilməz. Hansısa futbolçunun komandaya 1 faiz zərəri dəyirsə, onun haqda ölçü götürülür. Əgər bundan da nəticə çıxarmırsa, komandadan xaric olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm