“Böyük oyun” yayımlanmayacaq -“Xəzər Lənkəran” telekanaldan pul tələb edir
Bizi izləyin

İdman

“Böyük oyun” yayımlanmayacaq -“Xəzər Lənkəran” telekanaldan pul tələb edir

“Böyük oyun” yayımlanmayacaq -“Xəzər Lənkəran” telekanaldan pul tələb edir

Fevralın 9-da Lənkəranda növbəti “Böyük oyun” keçiriləcək. “Xəzər Lənkəran”-“Neftçi” oyunu həmişə azarkeşlərin marağında olub.

Ancaq deyəsən bu maraq kimlərisə maraqlandırmır. “Böyük oyun”un yayımlanması ilə bağlı problem yaranıb. Məsələni dəqiqləşdirmək üçün “Xəzər Lənkəran” rəhbərliyi ilə əlaqə saxladıq. Məlum oldu ki, oyunun yayımına əngəli də elə cənub klubu törədir.

Hər halda, klubun mətbuat xidmətini rəhbəri Hüseyn Cəbrayıloğlunun Publika.az-a dediklərindən belə çıxır: “Bildiyiniz kimi, bu mövsüm başlayandan “Xəzər Lənkəran”ın ev oyunları televiziya vasitəsilə yayımlanmır.

Biz oyunları klubun rəsmi saytı vasitəsilə yayımlayırıq ki, Bakıdan kənarda və ya xaricdə yaşayan “Xəzər Lənkəran” azarkeşləri oyunları izləyə bilsinlər. O ki qaldı, “Böyük oyun”un niyə yayımlanmamasına, kanalın klub qarşısında öhdəliyi var.

Belə ki, kanal bu oyunu yayımlamaq istəyərsə, kluba müəyyən məbləğ ödəməlidir. İstədiyimiz məbləğ ödənilərsə, oyunun yayımlanmasında heç bir problem olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm