SSRİ ABŞ-ın hegemonluğuna belə son qoydu – VİDEO
Bizi izləyin

İdman

SSRİ ABŞ-ın hegemonluğuna belə son qoydu – VİDEO

SSRİ ABŞ-ın hegemonluğuna belə son qoydu – VİDEO

42 il əvvəl soyuq müharibənin gərgin dövründə Olimpiadada ABŞ və SSRİ arasında keçirilən basketbol yarışlarının finalı iki fərqli düşüncənin kəsişməsinə və möhtəşəm bir dönüşə yol açdı.

Pubika.az xəbər verir ki, 1972-ci il bir çox sahələrdə olduğu kimi, idmanda da mühüm bir il idi. Soyuq müharibənin davam etdiyi bir şəraitdə Sovet İttifaqı ilə ABŞ yığmalarının qarşı-qarşıya gəldiyi hər matçda gərginlik artırdı. Bu görüşlərdən biri də 1972-ci ildə baş tutan Münhen Yay Olimpiadasının basketbol finalında reallaşıb.

1972-ci il sentyabrın 6-da ABŞ və SSRİ yığması finalda oynamağa haqq qazanırlar. O ana qədər 1936-cı ildən bəri təşkil olunan bütün basketbol turnirlərinin ən vacib komandası sayılmış ABŞ millisi yarışa özünəinam hissi ilə çıxmışdı. SSRİ ilə matçın favoriti də məhz Amerika yığması idi.

SSRİ matça yaxşı başlayır.Gərgin şəraitdə keçən matçın ən dramatic olayları isə son dəqiqədə yaşanır. 10 x al fərqlə uduzan ABŞ millsisi oyunun başa çatmasına 7 saniyə qalmış hesab arasındakı fərqi minimum endirir. Bu an SSRİ 49-48 hesabı ilə öndə idi.

Hücum sırası SSRİ basketbolcularına gəlir. Top itkisinə yol verən SSRİ basketbolçuları qaydanı pozur, amerikalı oyunçu Duq Kollins iki sərbəst atışdan istifadə edir.

ABŞ yığması 1 xal önə keçir. Qarşılaşmanın başa catmasına cəmisi 3 saniyə qalıb. SSRİ basketbolçuları topu oyuna daxil edirlər. Amma hücum alınmır. ABŞ millisi ani sevincə qərq olur.

Ancaq elektron lövhədə nasazlıq üzə çıxarılır. SSRİ tərəfinin etirazını hakimlər nəzərə alır. SSRİ basketbolçusu var qüvvəsi ilə topu ABŞ-ın səbətinin altına göndərir. Top itirilir. ABŞ basketbolçuları çılğınlıqla qələbəni bayramm edirlər.

Ancaq yenə də elektron lövhədə nasazlıq olduğu müəyyənləşdirilir. Hakim komandaları yenidən meydana dəvət edir. Son 3 saniyəni başa vurmaq üçün 3-cü dəfə. SSRİ basketbolçusu bu dəfə də top var qüvvəsi ilə topu ABŞ-ın səbəti altına göndərir. Səbət altında olan Aleksandr Belov topu səbətə salır.

Rus şərhçi qışqırır: “Biz olimpiadanın çempionuyuq”.

Həmin vaxt amerikalı basketbolçuların hansı hisslər keçirdiyini isə təsvvvür etmək belə mümkün deyil.

Etirazlar nəticəsiz qalır. Amerika millisi mükafatlandırma mərasiminə gəlmir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm