Bakıxanov qəsəbəsində ədaləti kim qoruyacaq?
Bizi izləyin

İdman

Bakıxanov qəsəbəsində ədaləti kim qoruyacaq?

Bakıxanov qəsəbəsində ədaləti kim qoruyacaq?

Azərbaycan Premyer Liqasının V turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq "Araz Naxçıvan” - “İnter” görüşünü Elvin Əsgərov idarə edəcək.

Sentyabrın 13-də keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyunu Əliyar Ağayevə, “Simurq” - “Qəbələ” matçı Ömər Paşayevə, AZAL - “Qarabağ” qarşılaşması Orxan Məmmədova tapşırılıb.

Sonuncu oyun günəndə baş tutacaq “Bakı” - “Sumqayıt” görüşündə isə ədaləti Vüsal Əliyev qoruyacaq.

12 sentyabr

Araz Naxçıvan - İnter

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.

Naxçıvan Muxtar Respublika stadionu. Saat 17.30.

13 sentyabr

Neftçi - Xəzər Lənkəran

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 17.30.

Simurq - Qəbələ

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov.

Zaqatala şəhər stadionu. Saat 19.00.

AZAL - Qarabağ

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.

“AZAL Arena". Saat 21.00.

14 sentyabr

Bakı - Sumqayıt

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli.

“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 17:30.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm