Rusiya Krım klublarının “zibilinə” düşüb
Bizi izləyin

İdman

Rusiya Krım klublarının “zibilinə” düşüb

Rusiya Krım klublarının “zibilinə” düşüb

Sentyabrın 18-də İsveçrədə Rusiya Futbol İttifaqı ilə Ukrayna Futbol Federasiyasının rəhbərləri arasında görüş keçiriləcək.

FİFA və UEFA nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdə Krım klubları ilə bağlı məsələ müzakirə olunacaq.

Publika.az xəbər verir ki, Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Andrey Pavelko görüşdən əvvəl durumu şərh edib.

Pavelko Rusiyanın beynəlxalq qanunlara riayət etməli olduğunu bildirib:

“Biz böyük futbol ailəsiyik. Ancaq bir məqamı nəzərə almaq lazımdır, Rusiya Krım klubları ilə bağlı qərara çıxararkən bütün riskləri, tətbiq olunacaq sanksiyaları analiz etməli, araşdırmalı idi. Özü də RFİ bütün beynəlxalq normaları pozması ilə bağlı UEFA-dan xəbərdarlıq məktubu almışdı.

Rusiya bununla dünya praktikasına pis nümunə gətirir. Belə çıxır ki, ali futbol qurumunun bütün qərarlarını saya salmamaq olar. Belə olan təqdirdə futbol hansı yöndə inkişaf edəcək?

Başa düşürəm, Rusiyaya tətbiq olunacaq sanksiyalara müxtəlif yanaşmalar olacaq. Ancaq burda 2 yol var, ya beynəlxalq qurumların qanunlarına riayət edirsən, ya da onun tərkibindən çıxırsan. Rusiya FİFA və UEFA-nın qərarını qəbul etmirsə, bunu elan etsin və bu qurumların tərkibindən çıxsın. Bu, özü də bir mövqedir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm