17 qat Dünya Çempionu “İrəli”nin qonağı olub
Bizi izləyin

İdman

17 qat Dünya Çempionu “İrəli”nin qonağı olub

17 qat Dünya Çempionu “İrəli”nin qonağı olub

“İrəli” İdman Mərkəzinin “İdmanımız bu gün” mövzusunda görüşü keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, “İrəli” Gənclik Mərkəzində baş tutan görüşün qonağı kikboks üzrə 17 qat Dünya Çempionu Eduard Məmmədov olub.

“İrəli” İdman Mərkəzinin rəhbəri İsa Muradov ilk olaraq klubun fəaliyyəti haqda məlumat verib.Daha sonra söz Eduard Məmmədova verilib. Qonaq uşaq vaxtından bütün idman növlərinə həvəsi olduğunu qeyd edib. Bildirib ki, federasiya 1995-ci ildə yaranıb və o ildən bu günədək bütün Azərbaycan çempionatlarında çıxış edərək hamısında qalib olub. Həmçinin təhsilə ciddi əhəmiyyət verən idmançı Bədən Tərbiyəsi və İdman Akademiyası, Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırma fakültəsinin məzunudur. Hazırda DİN orqanında işləyir, rütbəcə mayordur.

Fəaliyyəti haqda danışan idmançı bildirib ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb, idman ustasıdır. Tələbələri arasında dəfələrlə dünya və Avropa çempionları olmuş idmançılar var. 2000-ci ildən bu günə qədər 17 dəfə dünya çempionu, 15 dəfə Azərbaycan çempionu olub. Peşəkarlar arasında inter kontinsntalim kəmərin sahibidir.

Dünya Çempionu dövlətin idman sahəsinə diqqət və qayğısından söz açıb.

Onun sözlərinə görə dövlətin diqqət və qayğısı olmasaydı, idmanda bu qədər uğurlar qazanılmazdı: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi, ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya komplekslərinin tikilməsi, idmançılarımızın dünya çempionatları və beynəlxalq turnirlərə qatılması buna bariz nümunədir. Bu önu göstərir ki, idmanın inkişafı ildən-ilə geniş vüsət alır və dövlət tərəfindən idmana, idmançılara böyük diqqət və dəstək var”.

Sonda görüş diskussiya şəklində davam edib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm