Naci Şensoy Çakarı "psix" adlandırdı
Bizi izləyin

İdman

Naci Şensoy Çakarı "psix" adlandırdı

Naci Şensoy Çakarı psix adlandırdı

“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy açıqlamaları ilə daim diqqəti cəlb edir.

Publika.Az xəbər verir ki, hazırda Albaniya klublarından birini çalışdıran türk mütəxəssis “facebook”da yenə maraqlı fikirlər ilə gündəmə gəlib.

Naci Şensoy keçmiş hakimin futbolu şərh etməsini imamların siyasətlə məşğul olmasına bənzədib:

“Nə qədər imamların siyasətdə işi olmamasına inanıramsa, o qədər də keçmiş hakimlərin texniki-taktiki mövzuda futbolu şərh etmələrinə bir anlam verə bilmirəm. Şiddətli şəkildə buna qarşıyam.

Bu çoxbilmiş, psix və özünü bəyənən Ahmet Çakara baxın, Allah üçün!

Bu adamı ruhi xəstəxanaya aparsalar həkimin ona qəhvə təklif edəcəyinə əminəm...

Türk futboluna təəssüflər olsun, həm də çox təəssüf...”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm