Bir gündə 50 min qazandırdı
Bizi izləyin

İdman

Bir gündə 50 min qazandırdı

Bir gündə 50 min qazandırdı

“Liverpul”un icraçı direktoru Yan Eyr Balotellinin keçidinin kommersiya tərəflərindən danışıb.

Publika.az xəbər verir ki, İngiltərə təmsilçisinin rəsmisi italiyalı hücumçunun transferinin ilk günü forma satışından 50 min funt sterlinq qazandıqlarını açıqlayıb:

“Əvvəllər “Liverpul”un idman uğurlarından başqa , inkişaf üçün imkanları da olub. Lakin sonralar onlar əldən verilib. Bundan sonra artıq bu, təkrarlanmayacaq.

Uyğun insanlarla işləyib, etimad qazandıqda Balotelli kimi transferlərdən maksimal fayda da götürmək olur. Onun adı yazılmış formalardan ilk gündə 50 min funt sterlinq qazancımız oldu”.

Qeyd edək ki, Balotelli "Liverpul"a 16 milyon funt sterlinqə transfer olunub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm