Ronaldo “Real”la pul davası edir
Bizi izləyin

İdman

Ronaldo “Real”la pul davası edir

Ronaldo “Real”la pul davası edir

"Real" yaxın günlərdə Ronaldo mələsinə aydınlıq gətirəcək.

Belə ki, “Kral klubu” ulduz futbolçusunu "Mançester Yunayted" və "Çelsi"yə satmayacağı barədə rəsmi açıqlama verməyi planlaşdırır. Publika.az xəbər verir ki, bu barədə iddianı "London Evening Standard" yayıb.

Portuqaliyalı futbolçunu Falkao, Runi və Di Mariyanın "Mançester Yunayted"də ondan daha çox qazanması narahat edir. Xəbəri yayan qəzetin müxbiri iddiası ilə bağlı belə şərh də yazıb:

"Hər şey puldan asılıdır. Ronaldo özünü futbol tarixinin ən güclü oyunçularından biri kimi görür. Bu səbəbdən də kimdənsə az qazanmaq istəmir. Hansı klubun yüksək məbləğ ödəyəcəyi vacib deyil.

"Real" sə onu əldən vermək istəməyəcək. Tələb etdiyi məbləği ödəyəcəklər. O, komanda üçün çox önəmli oyunçudur".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm