Daha bir ulduz Hindistana gedir
Bizi izləyin

İdman

Daha bir ulduz Hindistana gedir

Daha bi ulduz Hindistana gedir

Məşhur futbolçu Nikolya Anelka karyerasını Asiyada davam etdirə bilər.

Publika.az xəbər verir ki, hal-hazırda azad agent ststusunda olan fransız hücumçu Hindistandan gələn təklifi dəyərləndirmək üzrədir. 35 yaşlı oyunçunun agentləri bu həftə "Pune" klubu ilə danışıqlar aparıb. Danışıqlar nəticəsində ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Anelkanın digər bir hind klubu "Mumbai" ilə müqavilə imzalaması da gündəmdə idi. Fransa mətbuatı güman edir ki, futbolçu "Pune"ni seçəcək. Bu klub ötən mövsüm ölkə çempionatında 7-ci yeri tutub.

Xatırladaq ki, Alessandro Del Piero, David Trezege, Robert Pires, Freddie Lyunberq, David Ceyms və Luis Qarsia kimi futbolçular da bu mövsüm Hindistanda oynayacaqlar.

Hətta əfsanəvi futbolçu Ronaldinyoun da Hindistan klublarından birinə keçəcəyi deyilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm