Xavi qisas arzusundadı
Bizi izləyin

İdman

Xavi qisas arzusundadı

Xavi qisas arzusundadı

İspaniya millisinin yarımmüdafiəçisi Xavi Hernandez iddialı açıqlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, “Barselona”nın şərəfini qoruyan 34 yaşlı pleymeyker Konfederasiyalar Kubokunda Braziliya qarşısındakı məğlubiyyətin (0:3) əvəzini DÇ-2014-də çıxacaqlarını bildirib:

"Braziliya millisindən revanş almaq istəyirik. Niyə də bu oyun final olmasın?! Dünya çempionatında hər şey ola bilər. Biz asan qrupda qərarlaşmamışıq.

Konfederasiyalar Kubokunda hər şey əleyhimizə işlədi. Braziliya həmin gün yüksək səviyyədə oynamadı. Düzdü, onların güclü hücumçuları var. Ancaq biz o məğlubiyyətə layiq deyildik".

Qeyd edək ki, İspaniya Braziliyada baş tutacaq mundiala sonuncu çempion kimi yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm