Qalmaqal - Canlı efirdə aparıcını söydü
Bizi izləyin

İdman

Qalmaqal - Canlı efirdə aparıcını söydü

Qalmaqal - Canlı efirdə aparıcını söydü

Əfsanəvi amerikalı boksçu Mayk Tayson yenə də qalmaqal törədib.

Publika.az xəbər verir ki, Tayson bu dəfə canlı efirdə aparıcını söyüb.

“Dəmir Mayk” məşhur jurnalist Natan Daunerin teleşousuna dəvət alıb. Qalmaqal isə gözlənilmədən baş verib. Jurnalist əvvəlcə həbsxanaya düşməsinə səbəb olan seks və zorlama haqda Taysona suallar verib.

Bundan sonra jurnalist nədənsə mövzunu dəyişib və Taysona Torontonun narkoman meri Rob Fordla birgə görünməsi haqda sual verib. Aparıcının “Ola bilərmi ki, sizin onunla ünsiyyət qurmağınız Fordun karyerasına təsir edib” sualı Taysonu özündən çıxarıb.

“Dəmir Mayk” canlı efirdə jurnalisti söyməyə başlayıb. Maraqlıdır ki, aparıcı onun söyüşlərinə reaksiya verməyib. Natan bir qədər fikirləşdikdən sonra vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün mövzunu dərhal dəyişib.

Şou proqram başa çatandan sonra aparıcı Taysona yaxınlaşaraq qeyri-peşəkar suala görə ondan üzr istəyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm