• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident dilinin bəlasına düşüb

  • İdman
  • 11 Sentyabr 2014 13:36
  • 927 Baxış
Prezident dilinin bəlasına düşüb

"Qalatasaray"ın prezidenti Ünal Aysal Türkiyə Futbol Federasiyasının (TFF) ünvanına səsləndirdiyi sərt fikirlərə görə cəzalana bilər.

Publika.az xəbər verir ki, TFF-nin Hüquq Müşavirliyi artıq Aysalın açıqlamaları ilə bağlı hərəkətə keçib. "İdmana qarşı hərəkətlər" adlanan 36-cı maddəni əsas tutan TFF rəsmiləri Aysalın açıqlamalarını "federasiyanın imicini zədələyən, futbolun dəyərinə zərbə vuran" kimi qiymətləndirib.

Bu maddə görə, "Qalatasaray" prezidentini 15-45 gün arası vəzifəsinin icrasından məhrumetmə və 20 min lirədən 100 min lirəyə qədər pul cəzası gözləyir.

Aysal bir müddət əvvəl azarkeşsiz oynama cəzasına görə federasiyanı kəskin şəkildə tənqid etmişdi: "Nə yazıq ki, TFF və bu qurumun qaydaları ilə bağlı narahatlığımız getdikcə artır".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR