“Bakı”da növbəti qiyam – “Hafka” vədinə əməl etmədi
Bizi izləyin

İdman

“Bakı”da növbəti qiyam – “Hafka” vədinə əməl etmədi

“Bakı”da növbəti qiyam – “Hafka” vədinə əməl etmədi

“Bakı” klubunun maddi problemləri düzəlmir.

Komanda üzvləri artıq 8 aydır ki, maaş üzünə həsrət qalıb.Publika.az-ın verdiyi məlumata görə, "Bakı"lılar bu səbəbdən dünən məşqə çıxmaqdan imtina ediblər.

İbrahim Uzuncanın yetirmələri bu günə planlaşdırılan məşqə də çıxmayıb. Futbolçular bildiriblər ki, məşqə gəlməyə pul tapa bilmirlər.

Qeyd edək ki, klub prezidenti Hafiz Məmmədov çempionatın startı ərəfəsində futbolçularla görüşərək, borcun hissə-hissə ödəniləcəyini bildirmişdi. Ancaq klub prezidenti verdiyi vədə hələ də əməl etməyib.

Məşqə çıxmayan futbolçular bununla kifayətlənmək istəmirlər. Onlar Premyer Liqanın V turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyunu da boykot etməyə qərar veriblər. Oyunçular borcun bir qisminin verilməsini tələb edirlər.

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca mətbuata verdiyi açıqlamada futbolçulara məşqə çıxmaqdan imtina etdiklərini təsdiqləyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm