• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sevgilisini öldürən idmançı ilə bağlı qərar çıxarıldı

  • İdman
  • 11 Sentyabr 2014 16:50
  • 1 335 Baxış
Sevgilisini öldürən idmançı ilə bağlı qərar çıxarıldı

Sevgilisini öldürməkdə günahlandırılan Cənubi Afrikalı paralimpiyaçı, hər iki ayağı amputasiya edilmiş Oskar Pistorius haqqında məhkəmə qərarı açıqlanıb.

Publika.az xəbər verir ki, Cənubi Afrikanın Pretoria şəhərində baş tutan məhkəmədə hakim Pistoriusu qəsdən cinayət törətməkdə günahkar bilməyib. Beləliklə 27 yaşlı idmançı uzun müddətə həbs olunmaq təhlükəsindən qurtulub.

Qeyd edək ki, ittihamçı tərəf Pistoriusun ömürlük həbs olunmasını istəyirdi. Hakim Sokozil Masipa məhkəmə işi ilə bağlı bunları deyib:

"Prokurorluq Pistoriusun planlaşdırılmış, qəsdən cinayət törətməsini sübut edə bilmədi, bununla bağlı şübhələrdən artıq fakt gətirilmədi".

Ancaq hakim hələ ki, Pistoriusla bağlı son qərarı oxumayıb. Son qərar sentyabrın 12-də oxunacaq. Hakim ilkin qərarı açıqlayarkən Pistorius göz yaşlarına hakim ola bilməyib.

Xatırladaq ki 29 yaşlı atlet sevgilisi Riv Stinkempi 2013-cü il fevral ayının 14-də odlu silahdan atəş açaraq öldürmüşdü. Pistorius yataq otağına oğrunun girdiyini zənn edərək, sevgilisini səhvən öldürdüyünü bildirmişdi.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR