Balacaboy oldun, belə olur də...
Bizi izləyin

İdman

Balacaboy oldun, belə olur də...

Balacaboy oldun, belə olur də...

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya – Hollandiya oyunundan əvvəl çəkilmiş şəkil diqqəti cəlb edib.

Publika.az xəbər verir ki, Hollandiya millisinin futbolçusu Uesli Sneyder şəkil çəkilən zaman komanda yoldaşlarından aralı durub. Onun bu hərəkətini müxtəlif cür yozanlar olub. Ancaq sonradan məlum olub ki, Sneyderi komanda yoldaşlarından kənarda durmağa vadar edən şəxs ondan öndə duran uşaqdır.

Futbolçularla meydana çıxan uşaqların ən ucaboyu şəkil çəkilərkən tərslikdən Sneyderin önündə durub. Şəkildə görünməyəcəyini anlayan “Qalatasaray”ın ulduzu kənara çəkilmək məcburiyyətində qalıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm