• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu qəzadan necə sağ çıxdı? – FOTOLAR

  • İdman
  • 12 Sentyabr 2014 09:55
  • 456 Baxış
Bu qəzadan necə sağ çıxdı? – FOTOLAR

“Benfika”nın argentinalı hücumçusu Franko Yara dünən qəza törədib.

Publika.az xəbər verir ki, hadisə paytaxt Lissabonda baş verib. İdarəetməni itirən 26 yaşlı futbolçu “Mustang” markalı avtomobilini ağaca çırpıb. Xoşbəxtlikdən onun özünə heç nə olmayıb. Amma maşın yararsız hala düşüb.

Hadisə şahidləri də Frankonun əzilmiş maşından salamat çıxmasına təəccüblənib. Dərhal ilkin tibbi yardım üçün xəstəxanaya çatdırılan Yaranın bədənində ciddi xəsarət aşkarlanmayıb. Hadisə yerində onun komanda yoldaşları – Ola Con və Sezarın da olduğu bildirilir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR