İdman
Azərbaycan ən çox mükafat vəd edən ölkədir - SİYAHI
Fevralın 7-dən 23-ə qədər Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında qalib gələn medalçılar təkcə evlərinə medal aparmayacaqlar. Onların əksəriyyəti həm yaxşı pul qazanacaqlar. Ən çox da Azərbaycanı təmsil edənlər... AzadliqRadiosunun qısa araşdırmasına görə Azərbaycan olimpiya çempionlarına ən çox mükafat vəd edən ölkələrdən biridir. Amma o da var ki, Bakıda budəfəki olimpiadaya o qədər də ümidli deyillər.
Azərbaycanın bu olimpiadada 4 idmançı təmsil edəcək, hamısı da
başqa ölkələrin vətəndaşlarıdır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
AzadlıqRadiosuna deyib ki, onlar idmançıların ancaq 10-luğa
düşəcəyinə ümidlidirlər.
Beləliklə, ölkələr üzrə olimpiya medallarına verilən mükafatların
məbləği:
Arxiv: London Olimpiadasında |
Azərbaycan: Qızıl medal - 510 000 ABŞ dolları.Gümüş medal - 255 000 ABŞ dolları. Bürünc medal - 130 000 ABŞ dolları. |
Arxiv: London Olimpiadasında Ermənistan komandası, 27 iyul 2012 |
Ermənistan: Qızıl medal - 30 000 ABŞ dolları.Gümüş medal - 20 000 ABŞ dolları. Bürünc medal - 10 000 ABŞ dolları. |
Arxiv: Qazaxıstanlı Olga Rypakova London Olimpiadasında qələbəsi zamanı. 5 avqust 2012 |
Qazaxıstan: Qızıl Medal - 250 000 ABŞ dollarıGümüş medal - 150 000 ABŞ dolları Bürünc medal - 75 000 ABŞ dolları |
Arxiv: Belorus komandası London Olimpiadasında. 27 iyul 2012 |
Belarus: Qızıl medal - 150 000 ABŞ dolları.Gümüş medal - 75 000 ABŞ dolları. Bürünc medal - 50 000 ABŞ dolları. |
Arxiv: Ukraynalı fanatlar Kiyevdə stadionda. |
Ukrayna: Qızıl medal - 150 000 ABŞ dolları.Gümüş medal - 75 000 ABŞ dolları. Bürünc medal - 50 000 ABŞ dolları. |
Arxiv: Rusiya idmançıları London Olimpiadasında, 27 iyul 2012 |
Rusiya: Qızıl medal - 113 000 ABŞ dolları.Gümüş medal - 71 000 ABŞ dolları. Bürünc medal - 42 000 ABŞ dolları. |
Arxiv: ABŞ idmançıları London Olimpiadasında, 31 iyul 2012 |
ABŞ: Qızıl medal - 25 000 ABŞ dolları.Gümüş medal - 15 000 ABŞ dolları. Bürünc medal - 10 000 ABŞ dolları. |
Arxiv: Almaniya bayrağı. |
Almaniya (Özəl Deutsche Sporthilfe Fondu mükafat verir): Qızıl medal - 20 000 ABŞ dolları.2-8-ci yeri tutan idmançılara - 2 000 ABŞ dolları. |
Arxiv: Vankuverdə Olimpiya oyunları zamanı qurulan mətbuat mərkəzi. 12 fevral 2010 |
Kanada: Qızıl medal - 9 000 ABŞ dolları.Gümüş medal - 6 800 ABŞ dolları. Bürünc medal - 4 500 ABŞ dolları. |
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!