
“Böyük beşlik” ölkələrinin klubları son 3 il ərzində transfer məsrəflərini 1 milyard dollar artırıb.
Publika.az xəbər verir ki, 2011-ci ilin yayında bu ölkələrin komandaları transferlərə ümumilikdə 1,3 milyard dollar xərclədikləri halda, 2014-ün yayında bu rəqəm 2,3 milyard olub.
Transferlərə ən çox pul İngiltərə premyer liqasında (987 milyon ) xərclənib. İspaniyada məsrəflər 658 milyon, bundesliqada isə 294 milyon olub.
A seriyası 4-cü ( 236 mln ) , Fransa 1 liqası 5-ci (159 mln) yerdədir.
Aygün İlqarqızı