• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hacıyev hər gün Musayevin qəbuluna niyə gedir? – ÖZƏL

  • İdman
  • 12 Sentyabr 2014 12:40
  • 1 125 Baxış
Hacıyev hər gün Musayevin qəbuluna niyə gedir? – ÖZƏL

“Neftçi”dən qovulan Böyükağa Hacıyev mətbuata verdiyi açıqlamada istirahətə ehtiyacı olduğunu bildirmişdi.

Ancaq deyəsən, Hacıyev istirahət etmək fikrində deyil. Böyükağa Hacıyev özünə yeni iş tapmaq üçün AFFA-ya üz tutub. Bu barədə Publika.az-a AFFA-dakı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Böyükağa Hacıyev bu həftənin əvvəlindən başlayaraq, hər gün AFFA-ya gəlir. O, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin otağına girib, onunla uzun-uzadı söhbət edir.

Artıq AFFA-nın divarları arasında Hacıyevin Musayevdən nə xahiş etdiyi barədə söz-söhbət dolaşır. Məlumatda bildirilir ki, Hacıyev Musayevdən ona yeni klub tapmağı xahiş edir.

Maraqlıdır ki, “Neftçi”nin keçmiş baş məşqçisi “ağ-qaralar”ın barışmaz rəqibi “Xəzər Lənkəran”da işləməyin də əleyhinə deyil. Böyükağa Hacıyevin “Xəzər Lənkəran”ı mənə versinlər, bir ildən sonra çempion kimi onlara qaytarım” dediyi də bildirilir.

Qeyd edək ki, Böyükağa Hacıyevin “Neftçi”yə Ramin Musayevin dəstəyi sayəsində baş məşqçi təyin olunduğu deyilir. Mətbuatda gedən məlumatlarda qeyd olunur ki, PFL prezidenti Azərbaycanın əksər klublarına öz kadrlarını yerləşdirməklə, transferlərdən külli miqdarda vəsait əldə edir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR