Daşkənddə tarix yazanlar vətənə qayıtdı – FOTOLAR
Bizi izləyin

İdman

Daşkənddə tarix yazanlar vətənə qayıtdı – FOTOLAR

Daşkənddə tarix yazanlar vətənə qayıtdı – FOTOLAR

Daşkənddə keçirilən böyüklər arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıblar.

Publika.az xəbər verir ki, çempionatda bir qızıl, bir gümüş medal qazanan güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, Azərbaycan Güləş Federasiyasının nümayəndələri və jurnalistlər qarşılayıblar.

Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın yarışlardakı çıxışını yüksək qiymətləndirib. Umudov Hacı Əliyevin gələcəkdə Olimpiya Oyunlarında da qızıl medal qazanmağa qadir olduğunu bildirib:

“Xetaq Qazyumov da finala qədər yaxşı irəlilədi. Yekunda gümüş medalla kifayətlənməli oldu. Hacı Əliyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu, həqiqətən də möhtəşəm uğurdur. Bu qələbə münasibətilə başda ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev olmaqla, bütün xalqımıza həsr edirik.

Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Bu qələbədə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əməyi böyükdür, gələcəkdə də federasiya rəhbəriyinin etimadını doğrultmağa çalışacağıq”.
Qeyd edək ki, Hacı Əliyev 61 kq çəki dərəcəsində qızıl, Xetaq Qazyumov isə 97 kq-da gümüş medala sahib çıxıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm