Tamahkarlığın qurbanı olan istedad – FOTOLAR
Bizi izləyin

İdman

Tamahkarlığın qurbanı olan istedad – FOTOLAR

Tamahkarlığın qurbanı olan istedad – FOTOLAR

Dünya futbolunda elə oyunçular olub ki, klub rəhbərlərinin hikkəsinin, tamahının qurbanı olub.

İstedadı tamahkarlıq üzündən açılmayan futbolçulardan biri də Qaetano D`Aqostinodur. Publika.az onun tamahkarlığın qurbanı olan karyerasının qısa hekayəsini təqdim edir.

“Udineze”nin yaxşı vaxtları idi. 2008/09 mövsümündə UEFA kubokunda titulun sahibi “Zenit”lə qarşılaşan Udine klubu son 8 dəqiqədə iki qol vuraraq cavab oyununa rahat yollandı. Bir həftə sonra Sankt-Peterburqda matç şübhəli epizodla başladı. Qonaqların yarımmüdafiəçisi Qaetano D`Aqostino boş qapıdan topu əllə çıxardı.

Amma ingilis referi Martin Atkinson epizoda reaksiya vermədi. Oyundan sonra italyan futbolçu bilərəkdən əllə oynadığını və niyə etiraf etmədiyini belə izah etmişdi:

“Nə danışırsız, əllə oynadığımı desəydim, paltardəyişmə otağından sağ çıxmazdım. Oyundaşlarım məni öldürmək istəyirdi”.

Həmin mövsüm D`Aqostinonun karyerasında ən yaxşı oldu. Yarımmüdafiəçi müntəzəm qol vurur, hücumların qarşısını kəsir, məhsuldar ötürmələr verirdi. İtaliya yığmasına da çağırılmışdı. Onun gələcəyinə böyük ümid bəslənilirdi. Qaetanoyla maraqlanan “Spartak” və “Rubin” 10 milyon avrosundan keçməyə hazır idi.

Sonradan “Yuventus” daha yaxşı təklif göndərdi. Ancaq “Udineze” tərəfi anlaşmaya elə şərtlər əlavə etdi ki, turinlilər arxaya baxmadan qaçdı. Bu məqamda “Real” özünü yetirdi. Sonralar D`Aqostino demişdi: “İki milyon avro əməkhaqqıyla beş illik müqavilə əlimdə idi. Sadəcə, imza atmaq və çantamı yığıb Madridə yollanmaq qalırdı ki, klub prezidenti transfer qiymətini 25 milyona qaldırdı. “Real” da danışıqları kəsdi”.

Həvəsdən düşən Qaetano növbəti mövsümdə “Udineze”nin ən uğursuz oyunçularından biri oldu. Ordan “Fiorentina”ya, daha sonra “Syena”ya yollandı. Bütün bunlardan “Udineze” cəmisi 7 milyon avro qazandı. İki il əvvəl D`Aqostino “Peskara”da gün keçirirdi. Ötən mövsüm “Syena” ilə birlikdə B seriyasında “yox oldu”.

Dünən isə “Fidelis Andria” klubuyla müqavilə bağlayıb və yaxın bir ili D seriyasında keçirəcək. Bax belə...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm