Məşhur xanım keçmiş SSRİ gözəli ilə evləndi – ŞOK VİDEO
Bizi izləyin

İdman

Məşhur xanım keçmiş SSRİ gözəli ilə evləndi – ŞOK VİDEO

Məşhur xanım keçmiş SSRİ gözəli ilə evləndi – ŞOK VİDEO

Əfsanəvi tennisçi Martina Navratilova bütün dünyanı heyrətləndirəcək addım atıb.

Publika.az xəbər verir ki, xanım tennisçi ABŞ-da keçirilən “Böyük dəbliqə” turnirinin yarımfinal oyunu zamanı uzun müddət birgə yaşadığı xanım sevgilisi Yuliya Lemiqovaya evlilik təklif edib.

58 yaşlı Navratilova sevgilisinin önündə diz çökərək, ona üzük verib. Bu səhnə stadionda olan böyük monitor vasitəsilə yayımlanıb. Yuliya bu təklifi qəbul edib.

Qeyd edək ki, 18 dəfə “Böyük dəbliqə” turnirinin qalibi olan Navratilova, lesbiyan olduğunu mətbuata açıqlamışdı. O, 2006-cı ildən Lemiqova ilə bir yerdədir. Lemiqova 1981-ci ildə SSRİ-də keçirilən gözəllik yarışmasının qalibi olub.

Navratilova olayla bağlı mətbuata belə danışıb:

“Yuliyanın mənimlə evlənməsi üçün fürsət axtarırdım. Düşünürəm ki, belə bir təklifi etmək üçün bura ən uyğun məkandır. Tanrıya şükür ki, yaxşı cavab aldım”.

Qeyd edək ki, Navratilovanın 58, sevgilinin isə 41 yaşı var.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm