Yeni texnologiyaya, yoxsa prezidentə qarşı çıxır?
Bizi izləyin

İdman

Yeni texnologiyaya, yoxsa prezidentə qarşı çıxır?

Yeni texnologiyaya, yoxsa prezidentə qarşı çıxır?

Mişel Platini FİFA prezidenti Blatteri tənqid edib.

Publika.az xəbər verir ki, UEFA prezidenti, Yozef Blatterin rəhbərlik etdiyi qurumun tətbiq etmək istədiyi yeni texnologiyayay qarşı çıxıb. O, gündəmdə olan video təkrarların əleyhinə olduğunu açıqlayıb:

"Bunun əleyhinəyəm. Mən futbol adamıyam və düşünürəm ki, videolar vasitəsilə oyunu idarə etmək yaxşı ideya deyil. Futbolu canlı insanlar oynayır, robotlar deyil. Buna görə də oyunu insanlar idarə etməlidi, video kameralar yox".

Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter yeni texnologiyanın 2015-ci ildə Yeni Zelandiyada keçiriləcək gənclər arasında dünya çempionatında istifadə olunacağını bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm