• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İdman dünyasına nəzarət edən avtoritetlər – FOTOLAR

  • İdman
  • 13 Sentyabr 2014 09:40
  • 1 353 Baxış
İdman dünyasına nəzarət edən avtoritetlər – FOTOLAR

Futbol böyük pulların dövr etdiyi, dünyanın ən populyar idman növüdür.

Ümumilikdə, idmanın hər bir sahəsində külli miqdarda pullar dövr edir. Təbii ki, bu sahəyə rəhbərlik edənlər var.

Yaşı 70-i ötən “qoca qurdlar” bu gün o dərəcədə aktiv fəaliyyətdədirlər ki, hətta işgüzar gənclər belə onlara həsəd aparır. Publika.az oxuculara dünya futbolunu idarə edən 13 “avtoritet”i təqdim edir. Əlbəttə, böyük nüfuza malik xeyli klub sahibi, fəxri prezidentlər və başqa səlahiyyətli şəxslər var. Amma biz ən nüfuzlularını seçdik.

Berni Ekklstoun: 83 yaşı var. Avtoidman sahəsində əsas adamdı, “Formula-1”-in sahibidi.

Silvio Berluskoni: Təxminən iki həftədən sonra - sentyabrın 29-da 78 yaşı tamam olacaq. “Milan”ın sabiq prezidentidir. İtaliyanın ən parlaq siyasətçilərindən olan Berluskoni klubun həyatıyla da yaxından maraqlanır.

Ed Snayder: 81 yaşı var. “Filadelfiya” hokkey klubunun sahibidi. Hazırda xərçəng xəstəliyiylə mübarizə aparır. Amma bu, onun klubun işləriylə aktiv məşğul olmasına problem yaratmır.

Don Çerri: 80 yaşı var. Milli Hokkey Liqasında ən nüfuzlu mediafiqurdu. Onun olduğu verilişlər kosmik sürətlə reytinq yığır. Çerrinin sözlərini təkcə idman mətbuatı tirajlamır. Bir sözlə, sözü keçərlidi.

Zepp Blatter: 78 yaşı var. Amma hələ işləməkdən bezməyib. Növbəti prezident seçkilərində də namizədliyini verməyə hazırlaşır. 1998-ci ildən dünya futbolu onun kurasiyasındadı. Çoxlarının ürəyincə olmasa belə...

Oleqario Vaskes Ranya: 78 yaşlı meksikalı Beynəlxalq Atıcılıq Federasiyasının prezidentidi. İspaniya kralıyla oturub-duran adamdı...

Lamine Diak: 82 yaşlı seneqallı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidentidi.

Xose Mariya Marin: 82 yaşı var. Hamının futbolla nəfəs aldığı Braziliya kimi ölkədə Futbol Konfederasiyasının prezidenti olmaq asan deyil. Bu yaşda hələ də getmək haqda fikirləşmir.

Don Kinq: 83 yaşlı amerikalı promouter hələ də boks aləmində ən nüfuzlu şəxslərdən bəlkə də birincisidi. O, idmanı da bir siyasət sayır.

Bad Seliq: 80 yaşı var. Milli Beysbol Liqasının komissiya agentidi. 2015-ci ildə postunu tərk edəcək. Amma hələ də dünya beysbolunda əsas adam hesab olunur.

Tamaş Ayan: 75 yaşı var. 2001-ci ildən Beynəlxalq Ağır Atletika Federasiyasına rəhbərlik edir.

Rocer Penske: 77 yaşı var. “İndikar” və NASKAR avtoyarışlarında eyniadlı komandanın yiyəsidi. Bütün kadr məsələlərini şəxsən həll edir.

Bob Arum: 82 yaşı var. Bir çox rinq ulduzlarının promouteridi. Bu yaşda da peşəkar boksun xaç atası sayılır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR