Qaudinyo nümunəsi - Avropada bunu anlayırlar, bizdə isə...
Bizi izləyin

İdman

Qaudinyo nümunəsi - Avropada bunu anlayırlar, bizdə isə...

Qaudinyo nümunəsi - Avropada bunu anlayırlar, bizdə isə...

Almaniya nəhəngi “Bavariya”nın heyətində daha bir ulduz parlayır.

Söhbət 17 yaşlı Canluki Qaudinyodan gedir. Qaudinyo bu mövsüm “Bavariya”nın əsas heyətində 2 oyuna çıxıb. Mütəxəssislər onun parlaq gələcəyinin olduğunu deyirlər.

Bəs “Bavariya”nın yeni ulduzu nə qədər məvacib alır? Publika.az xəbər verir ki, Canluki Münhen klubunda ayda cəmisi 250 avro qazanır. İnanılmaz da olsa belədir.

Azərbaycanın birinci divizionunda futbolçular yəqin ki, bu məbləğə nəinki futbol oynayar, heç top da daşımazlar. Premyer-Liqa klublarından isə danışmağa dəyməz. Azərbaycanda gənc futbolçulara fantastik məbləğdə məvacib verilir. Araz Abdullayev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə kimi gənclər ayda 25-30 min manat məvacib alır.

Bəlkə də elə buna görədir ki, onlar usta futbolçu kimi formalaşa bilmirlər. Avropada isə əsl futbolçu yetişdirməyin yollarını bilirlər. Pul istedadlı futbolçunu əvvəl-axır tapacaq.

Ancaq vaxtından əvvəl və qədərindən artıq verilən pul o gəncin futbolçu karyerasını da məhv edə bilər. Gənclərin cibini doldurmaqla onları kamil futbolçu etmək olmaz. Avropada bunu anlayırlar, bizdə isə...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm