Lukaşenkonun nisgili: “Mən o gözəl günü görməyəcəm”
Bizi izləyin

İdman

Lukaşenkonun nisgili: “Mən o gözəl günü görməyəcəm”

Lukaşenkonun nisgili: “Mən o gözəl günü görməyəcəm”

Belarus prezidenti Aleksandr Lukaşenko bu ölkədə keçirilən xokkey üzrə dünya çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə bir sıra şəxsləri ordenlə təltif edib.

Publika.az xəbər verir ki, Lukaşenko təltifetmə mərasimində Belarus xokkeyi ilə bağlı arzusunu bildirib:

“Belarus xokkeyçilərinin yaxın vaxtda dünya çempionatının mükafatçıları sırasında olacağı inandırıcı deyil. Reallığı nəzərə alsaq bizim xokkeyçilərin heç olmasa bürünc medal alması yaxşı olardı”.

Prezidentin sözlərindən sonra dünya çempionatının təşkilat komitəsinin sədri Yevgeni Vorsin cavab olaraq “Aleksandr Qriqorieviç, vaxt gələcək biz də medal alacağıq” deyib.

Lukaşenko Vorsinə zarafatla cavab verib:

“Oy, Jenya, təəssüf ki, mən o gözəl günü görməyəcəm. Heç sənə də o günə qədər yaşamaq nəsib olmayacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm