“Qalatasaray”da 2 sponsor – SOCAR yoxdur
Bizi izləyin

İdman

“Qalatasaray”da 2 sponsor – SOCAR yoxdur

“Qalatasaray”da 2 sponsor – SOCAR yoxdur

Qalatasaray”ın yeni forma sponsoru müəyyənləşib.

Publika.az xəbər verir ki, klubun ölkə daxili və avrokubok oyunlarındakı forma sponsorları ayrı-ayrı şirkətlər olacaq.

“Sarı-qırmızılar”ın rəsmi saytının verdiyi xəbərə görə, “Türk Hava Yolları” şirkəti "Cim Bom"un avrokuboklardakı sponsoru, "Huawei" şirkəti isə komandanın Türkiyə Superliqası və ölkə kuboku yarışlarındakı sponsoru olacaq.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “Qalatasaray” 2014/15 mövsümündə ÇL-də “Turkish Airlines” logosu olan forma ilə çıxacaq.

Daha öncə "Qalatasaray"ın yeni sponsorunun SOCAR olacağı bildirilirdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm