Güləşçimiz ermənini 23 saniyəyə məğlub etdi - Video
Bizi izləyin

İdman

Güləşçimiz ermənini 23 saniyəyə məğlub etdi - Video

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı başa çatıb.

Teleqraf.com-un məlumatına görə, çempionatın son günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlub edib və qələbəsini yenə özünəməxsus qeyd edib. Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi, erməni rəqibini məğlub etməli olduğunu bildirib:

"Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də Dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə, yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il Dünya çempionu olum".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm