Taffarel TFF-yə necə kələk gəlib?
Bizi izləyin

İdman

Taffarel TFF-yə necə kələk gəlib?

Taffarel TFF-yə necə kələk gəlib?

“Qalatasaray”ın qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ağır cəzaya məruz qala bilər.

Publika.az xəbər verir ki, superliqanın son turunda keçirilən "Qalatasaray" - "Bursaspor" (6:0) matçında öz akkreditasiya kartını unudan və aşağı yaş qrupları üzrə məşqçilərdən biri Fadıl Koşutana aid kartı boynuna taxaraq ehtiyat oyunçular skamyasına girən braziliyalı barədə araşdırma aparılır.

İntizam Komitəsinin Taffareli 8-24 matç arasında paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasına girməkdən məhrum edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm