Əsl şotland belə olmaz
Bizi izləyin

İdman

Əsl şotland belə olmaz

Əsl şotland belə olmaz

Sentyabrın 18-də Şotlandiyada referendum keçiriləcək.

Ölkə əhalisi referendumda “ şotlandlar Birləşmiş Krallıqdan çıxıb müstəqil olmaq istəyirlərmi?” sualına cavab verəcəklər. Referendumun nəticəsi “bəli” olacağı halda, Şotlandiya 16 mart 2016-cı ildən müstəqil olacaq.

Publika.az xəbər verir ki, “Mançester Yunayted” futbol klubunun keçmiş baş məşqçisi Aleks Ferqyusson şotlandiyalıları müstəqilliyə səs verməməyə çağırıb:

“Mənim kimi səkkiz yüz min şotlandiyalı Böyük Britaniyanın müxtəlif hissələrində yaşayır və işləyir. Biz yad ölkədə yaşamırıq, biz Birləşmiş Krallıq adlandırılan bir ailənin hissəsiyik”.

Ferqyussondan fərqli, Şotlandiyanın məşhur tennisçisi Endi Murrey əhalini ölkənin müstəqilliyinə səs verməyə çağırıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm