Prezidenti istefaya səslədilər
Bizi izləyin

İdman

Prezidenti istefaya səslədilər

Prezidenti istefaya səslədilər

"Real"ın azarkeşləri klubun prezidenti Florentina Peresi istefaya səsləyiblər.

Publika.az xəbər verir ki, "Real"ın İspaniya La Liqasının 3-cü turunda əzəli rəqibi "Atletiko"ya 1:2 hesabı ilə uduzması tərəfdarları əsəbiləşdirib. Matş boyu Peresin əleyhinə şüarlar səsləndirən bir qrup fanat, oyundan sonra da etirazlarını davam etdirib.

Azarkeşlər komandanın yeni mövsümə uğursuz start verməsində Peresin günahkar olduğunu deyiblər.

Qeyd edək ki, “Real” İspaniya çempionatında keçirdiyi üç oyunun ikisində məğlub olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm