Kadırovu keçmişə belə göndərdilər – VİDEO
Bizi izləyin

İdman

Kadırovu keçmişə belə göndərdilər – VİDEO

Kadırovu keçmişə belə göndərdilər – VİDEO

Çeçenistan Prezidenti Ramzan Kadırov qısametrajlı filimdə baş rola çəkilib.

Publika.az xəbər verir ki, “Terek” futbol klubunun fəxri prezidenti bu barədə məlumatı sosial şəbəkədə paylaşıb. Filmin qəhrəman insanı keçmişə aparmağa qadir olan baş geyimindən xəbər tutur. Onu tapan qəhrəman keçmişə yollanır.

Kadırov böyük aktyorlarla bir səhnədən olmaqdan qürur duyduğunu bildirib:

“Böyk rejissorlar, Rusiya və Çeçenistanın xalq artistləri – Daqun Omaev, Zulay Baqalova, Abdulmütəllib Dövlətmirzəyev, Hamid Azayev, Movsar Atayev, Uspa Zubayrayev mənə baş rolu etibar etdilər.

Bu, mənim üçün böyük şərəf və məsuliyyət idi. Belə böyük sənət adamları ilə eyni çəkiliş qrupunda olmaqdan qürur duydum.

Filmdə bizim əcdadlarımızın necə yaşadıqları, bir-birlərinə hörmət etdikləri, qonaqpərvər, əməksevər olduqları öz əksini tapıb”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm