“Böyük oyun” Dünyamalıyevin intriqasına qurban gedib?
Bizi izləyin

İdman

“Böyük oyun” Dünyamalıyevin intriqasına qurban gedib?

“Böyük oyun” Dünyamalıyevin intriqasına qurban gedib?

“Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasının “İdman Azərbaycan” telekanalında yayımlanmaması idman ictimaiyyəti arasında ajiotaj yaratdı.

“Böyük oyun”un telekanalda nümayiş olunmaması ilə bağlı bir sıra versiyalar ortaya atıldı. Bir iddiaya görə, telekanalın direktoru Elsevər Dünyamalıyev sırf şəxsi maraqlardan çıxış edərək, oyunun yayımlanmasına icazə verməyib.

Belə ki, əvvəllər bir yerdə işləyən elsevər Dünyamalıyevlə “Neftçi”yə yenicə müşavir təyin olunmuş Elnur Əşrəfoğlunun münasibətlərinin gərgin olduğu deyilir. Əşrəfoğlunun “İdman Azərbaycan”dan məhz elsevər Dünyamalıyevə görə çıxdığı söylənilir.

İddialara görə, Elsevər Dünyamalıyev Elnur Əşrəfoğlunun “Neftçi”yə müşavir təyin olunmasını həzm edə bilməyib. “Neftçi”nin bu posta Əşrəfoğlunu gətirdiyinə görə, telekanal rəhbərliyi Azərbaycan azarkeşlərini “Böyük oyun”u izləməkdən məhrum edib.

Bu iddia ilə bağlı Elnur Əşrəfoğunun fikirlərini öyrəndik. Publika.az-a danışan “Neftçi”nin müşaviri Elsevər Dünyamalıyevin belə iş tutacağına inanmadığını bildirdi:

“ Mən düşünmürəm ki, məhz mənim “Neftçi”də işləməyimə görə, Elsevər Dünyamalıyev oyunun yayımlananmasını qadağan etsin. Elsevər Dünyamalıyev kanala direktor təyin olunan zaman, onun əlini sıxıb, təbrik etmişdim. Sonra da məlum səbəblərə görə, Azərbaycan televiziyasını tərk etmişəm. Bu gün də Elsevər Dünyamalıyevi harada görsəm salam verəcəm.

Və ən əsası, düşünrəm ki, “Böyük oyun”u - “Neftçi” – “Xəzər Lənkəran” görüşünü bu qədər kiçiltmək düzgün deyil. Elsevər Dünyamalıyevdir, Elnur Əşrəfoğludur - bunlar kiçik adlardır. Bu isə “Böyük oyun”dur.

Onu da bildirim ki, bu cür oyunlar Azərbaycan teleməkanında mütləq yayımlanmalıdır. Azərbaycan çempionatının mərkəzi oyunlarına azarkeşlə televiziya vasitəsilə mütləq baxmalıdır. Bu məsələ nizamlanmalı, oyun da göstərilməliydi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm