• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əsgər salamı verən güləşçi: “Ermənilər məni görəndə utanırdılar”

  • İdman
  • 15 Sentyabr 2014 17:30
  • 4 742 Baxış
Əsgər salamı verən güləşçi: “Ermənilər məni görəndə utanırdılar”

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı başa çatıb.

Çempionatın son günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlub edib və qələbəsini özünəməxsus tərzdə qeyd edib.

Rəsul Çunayev qələbədən sonra verdiyi əsgər salamı ilə xüsusi diqqət çəkmişdi. Əsgər salamı verən güləşçi Publika.az-a müsahibə verdi:

- Rəsul bəy, qələbə barədə təəssüratlarınız necədir? Döyüşdən öncə nə hiss keçiridin?

- Görüşə çıxan zaman məqsədim, təbii ki, qələbə qazanmaq idi. Ümumiyyətlə, erməni güləşçilərlə düşəndə sevinirəm. Çünki onlara qalib gələndə daha maraqlı olur, həm də acığımı çıxıram. Mənim üçün onları udmaq çox sevindirici haldır.

- Belə tez zamanda - 23 saniyəyə qalib gələcəyini gözləyərdin?

- Bu idmançı ilə ikinci görşüm idi. Onunla İranda keçirilən dünya kubokunda qaşrılaşmışdım. Orda 9:0 qələbə qazanmışdım. Burda isə daha möhtəşəm qələbə ilə hər kəsi sevindirdim. İlk saniyədən var qüvvə ilə irəliyə atıldım

- Əsgər salamı verməyin diqqətçəkən məqamlardan idi. Qələbəni kimə həsr etdin?

- Yuxarıda Azərbaycana bayrağı dalğalanırdı və ora salam verdim. Qələbəni də bütün Azərbaycan xalqına həsr edirəm. Qızıl Qran-Pri turnirindən sonra əsgərliyə getmişdim. Bu yarışa bir həftə qalmış məşqlərə başladım. Hazırlıqsız getmişdim dünya çempionatına.

- Ermənilər məğlubiyyətə necə reaksiya verdi?

- Bir-birlərini ittiham edirdilər. Mənimlə güləşməyə icazə verdiklərinə görə peşman idilər. Düşünürdülər ki, ondansa yarışa çıxmamaq daha yaxşı olardı.

- Görüşdən sonra rəqibinlə üz-üzə gəldiyin an oldu?

- Mən görəndə utanırdılar, üzlərini çevirib başqa tərəfə gedirdilər. Amman onu da qeyd edim ki, məşqçiləri olimpiya çempionu idi. Ona da özümü tanıtdım ki, mən də varam.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR