Siyasətçi ulduz futbolçunu meymun adlandırdı
Bizi izləyin

İdman

Siyasətçi ulduz futbolçunu meymun adlandırdı

Siyasətçi ulduz futbolçunu meymun adlandırdı

Meksikalı siyasətçi Karlos Manuel Nunes məşhur braziliyalı futbolçu Ronaldinyonu təhqir edib.

Publika.az xəbər verir ki, siyasətçi sosial şəbəkədə yazdığı statusda futbol ulduzunu meymuna bənzədib. "Keretaro" klubunun Ronaldinyonu ictimaiyyətə təqdim edərkən yollarda tıxacın yaranması siyasətçinin ovqatını pozub:

"Çalışıram ki, bir siyasətçi kimi tolerant olum, ancaq futbolu bəyənmirəm. Bu oyunu görməyə gözüm yoxdur. Futbol olanda hər kəs küçələrə axışır və yollarda tıxac yaranır.

Bu meymunun üzündən biz əziyyət çəkdik və evə vaxtında gələ bilmədik. Ona görə futbola tamaşa və pərəştiş edənləri qəbul etmirəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm