Polis “qara bazar”ı nəzarətə götürdü
Bizi izləyin

İdman

Polis “qara bazar”ı nəzarətə götürdü

Polis “qara bazar”ı nəzarətə götürdü

“Qarabağ” klubunun, Nərimanov Rayon Polis İdarəsinin və Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyinin iştirakı ilə toplantı keçirilib.

Publika.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Nizami İsmayılov, mərkəzi arenanın direktoru Akif İsmayılov və “Qarabağ” klubunun rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sent-Etyen” oyunundan əvvəl “qara bazar”da biletlərin satılması və saxta biletlərin üzə çıxması ehtimalı məsələsi müzakirə olunub.

Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi qanunsuz bilet satışının qarşısının alınması üçün ciddi tədbirlər görüləcəyini, həm qanunsuz bilet satışı ilə məşğul olanların, həm də saxta biletlər aşkarlanacağı halda buna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Futbol azarkeşlərinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletləri klubun müəyyənləşdirdiyi qiymətlərlə almaları üçün ciddi tədbirlər görüləcəyi vurğulanıb.

“Qarabağ” klubu azarkeşlərdən xahiş edir ki, “Sent-Etyen”lə oyun üçün biletləri yalnız Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından alsınlar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm