“Qəbələ”nin keçmiş baş məşqçisi hamını ittiham etdi
Bizi izləyin

İdman

“Qəbələ”nin keçmiş baş məşqçisi hamını ittiham etdi

“Qəbələ”nin keçmiş baş məşqçisi hamını ittiham etdi

Ötən mövsüm “Qəbələ”yə rəhbərlik edən Yuri Syomin klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına çıxartdı və avrokuboklara vəsiqə qazandırdı.

Amma onun burdakı karyerası çox qısa çəkdi. Adlı-sanlı məşqçi gözlənilmədən Rusiyanın nəhəng klublarına deyil, debütant “Mordoviya”ya təyinat aldı. Rusiyada ötən həftəsonunun əsas nyusmeykeri də məhz Syomin oldu. “Lokomotiv”lə oyun ərəfəsində onun komandası Çerkizovda əsas meydançada məşq etməyə buraxılmadı.

Təbii ki, Palıç belə vəziyyətdə susan məşqçilərdən deyil. Bunun cavabını “Lokomotiv”lə oyunda gördük. “Mordoviya” adlı-sanlı rəqibindən 1 xal qopardı. Oyundan dərhal sonra isə təcrübəli mütəxəssis maraqlı müsahibə verib.

- Bu yaxınlarda Saranskda reklam fotosessiyasında iştirak etmisiz. Reklam çarxının personajı olmaq necə hissdi?

- “Mordovsement” klubumuzun baş sponsorudu. Odu ki, şirkəti reklam etməyə özümü borclu bilirəm. Çox müasir kombinatdı. Onların işi yaxşı olanda, bizim də işimiz yağ kimi gedəcək. Daha yaxşı futbolçular ala biləcəyik.

- Çəkilişlər sizi yormadı ki?

- Xeyr, nə danışırsız? İmicmeykerlər hər şeyi diqqətli və sürətlə edirdi. Mənə isə yalnız poz vermək qalırdı. Bir sözlə, Mordoviya sementi alın, dünyada ən etibarlı sementdi!

- “Mordoviya” 7 turdan sonra 8 xal toplaya bilib. Mövsümün startından razısız?

- Pis deyil. Amma start hələ finiş demək deyil. Marafonu yaxşı başa vurmaq lazımdı. Oyundan-oyuna inkişaf edirik. Futbolçuların ürəkdən çalışması xoşuma gəlir.

- Ehtiyat oyunçular skamyasının geniş olmaması diqqət çəkir. İzmaylov və Bilyaletdinovu da transfer etmək istəyirdiz, amma alınmadı...

- Düzdü, müəyyən səbəblərdən alınmadı. Hətta Kirill Kombarovu da götürə bilərdik. Onlar hamısı başqa klublara yollandı. Mənim əsas istəklərimdən biri də yüksəksəviyyəli məşq meydançalarıdı. Həmçinin rahat bazamız da olmalıdı.

- Yazda bazanızda yanğın olmuşdu?

- Bəli. İndi təmirdədi. Ümid edirik ki, DÇ-2018-ə kimi Saranskda daha keyfiyyətli və müasir bazamız olacaq. Ümumiyyətlə, bu böyük turnirlə bağlı hər şey komandamızın xeyrinə işləyəcək. İnfrastruktur yaxşılaşacaq, məşq üçün daha çox meydança olacaq. Əslində mən süni yox, təbii meydançada oynamağın tərəfdarıyam.

- Nə üçün?

- Çox çətindi. Meydançanı dəyişdikcə futbolçularda yorğunluğu hiss edirəm. Mikrozədələrin sayı artır. Bu düzgün deyil. Premyer-Liqanın bütün oyunları təbii ot örtüklü meydançalarda keçirilməlidi. Bahalı futbolçuları gətiririk, onlara yüksək əməkhaqqı veririk, amma sağlamlıqlarını qorumuruq. Çempionatda bəzi oyunların süni, bəzilərinin isə təbii meydançalarda oynanılması düzgün deyil.

- Meydançadan söz düşmüşkən, “Lokomotiv”lə oyundan əvvəl “Mordoviya”nı əsas meydançada məşq etməyə qoymayıblar... Buna əsəbləşmişdiz?

- Xeyr. Onsuz da kefim yerində idi. Məni maraqlandıran futbolçularımın “Lokomotiv”in ulduzlarına qarşı necə oynayacağı idi. Onlar özlərini itirməyəcəkdi ki? Əsas diqqətimizi futbola yönəltmişdik. Amma təkcə mənə yox, kluba da qarşı edilən bu hörmətsizlik məyusedicidi.

- Bir versiya da səsləndi ki, hər iki klub ehtiyat meydançada məşq etməyə razılıq verib.

- Cəfəngiyyatdı. Çünki belə məsələləri baş məşqçi həll edir. Odu ki, kiməsə razılıq verməmişəm.

- Bu işdə “Lokomotiv”dən kimin əli olduğunu təxmin etmisiz?

- Təxminlərə ehtiyac yoxdu. Hər şey ortadadı.

- Bunu nə üçün ediblər ki?

- Sadəcə başa düşə bilmirəm. İnsanlar var, müsbət işlər görürlər, futbolun inkişafına töhfə verirlər, insanlar da var, konfliktlərlə yaşayır.

- Ötən mövsüm “Lokomotiv”in nəticəsi (3-cü yer) qənaətbəxş sayıldı. Vaxtilə bu klubda çempionluq yaşamış bir mütəxəssis kimi siz necə düşünürsüz? Həmkarınız Leonid Kuçuka nə məsləhət verərdiz?

- Mənə görə, yaxşı nəticə ya çempionluqdu, ya da Çempionlar Liqasına vəsiqə. “Lokomotiv” hazırki büdcəsinə görə, həm “Zenit”lə, həm də “Dinamo” ilə başabaş mübarizə aparacaq gücdədi. Kuçuka nə deyə bilərəm ki? Bizdə nədənsə həmişə məşqçi günahkar sayılır. Məşqçini gətirən rəhbərliyə isə heç nə deyilmir. Amma onlar da nəticələrə görə məsuliyyət daşıyırlar. Əgər uğursuzluğa görə yuxarıdakılar da istefa vermək məcburiyyətində qalsa, onda baş məşqçilərə daha çox dəstək olarlar. Əgər münaqişə varsa, bu təkcə məşqçinin yox, klubun problemidi. Klubun iş prinsipinə baxışım belədi.

- DÇ-2018 ərəfəsindəki mövsümdə çempionatda yığma komandanın iştirakı ideyasını necə qarşıladız?

- Real görünmür.

- Klublar futbolçularını verməyəcək?

- Belə ideyalar çox yaşamır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm