Yunis Hüseynov Oğuz Çətini göndərmək üçün qayıtdı?
Bizi izləyin

İdman

Yunis Hüseynov Oğuz Çətini göndərmək üçün qayıtdı?

Yunis Hüseynov Oğuz Çətini göndərmək üçün qayıtdı?

"Xəzər Lənkəran"a idman direktoru təyin olunub.

Publika.az xəbər verir ki, klubun idman direktoru vəzifəsinə Yunis Hüseynov təyin olunub. Hüseynov bu gün klub prezidenti tərəfindən komanda uzvlərinə təqdim edilib.

O, əvvəllər "Xəzər Lənkəran"ın baş məşqçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl bu vəzifə Nazim Süleymanova həvalə olunmuşdu. Ancaq Süleymanov “mən idman direktoru yox, məşqçiyəm” deyərək, bu vəzifədən imtina etmişdi.

Yunis Hüseynovun bu vəzifədə müvəqqəti olacağı deyilir. Məlumata görə, klub rəhbərliyi yaxın zamanlarda Oğuz Çətini istefaya göndərib, Hüseynovu onun yerinə təyin edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm